Misli Premyer Liqasında IX tur start götürüb. Açılış matçında Şamaxı şəhər stadionunda “Karvan-Yevlax”la üzləşən “Turan Tovuz” oyunun gedişində hesabda geri düşsə də 2:1 qalib gəlməyi bacarıb və xalını 18-ə çatdıraraq ən azı bazar gününə kimi liderliyə yüksəlib. “İmişli” isə Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada “Kəpəz”i 3:0 üstələyib.

IX tur sabah baş tutacaq “Araz-Naxçıvan” – “Sabah”, “Zirə” – “Sumqayıt” oyunları ilə davam edəcək. Müvafiq olaraq saat 16:00 və 18:30-da başlayacaq görüşlər “CBC Sport”la canlı yayımlanacaq.