Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027 mövsümünün açılış oyununun tarixi müəyyənləşib.
Yeni mövsümün ilk qarşılaşmasında son Azərbaycan çempionu “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions”la üz-üzə gələcək.
Görüş sentyabrın 30-da, saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.











