Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar liqasının əsas mərhələsində III tur oyununa çıxıb. Komandamız səfərdə “Atletik Bilbao” ilə qarşılaşıb. Ağdam klubu matçın 2-ci dəqiqəsində Leandro Andradenin qolu ilə irəli keçsə də, yekunda 1-3 hesabı uduzub. Bu, “köhlən atlar” üçün cari mövsüm qitənin ən mötəbər klub turnirində ilk məğlubiyyəti olub. İspaniyalılar isə ilk 3 xalını qazanıb. Qeyd edək ki, “Qarabağ” Çempionlar liqasında növbəti görüşünü noyabrın 5-i, Bakıda “Çelsi”yə qarşı keçirəcək.