17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı planı məlum. Seçməmiz hazırlığın ilkin mərhələsini 12-16 avqust tarixlərində Bakıda keçirəcək. Ardınca yığmamız Monteneqroya yollanacaq. 17-22 avqust aralığında bu ölkənin paytaxtı Podqoritsada toplanışın ikinci etapı baş tutacaq. Hazırlıq çərçivəsində millinin avqustun 19-da və 21-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirməsi planlaşdırılır.

















