Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa çempionatına yekun vurulub.
Sərbəst güləş üzrə millimiz yarışı 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.
Yekunda 156 xal toplayan yığmamız birinci yeri tutan Rusiyadan cəmi 7 xal geri qalıb və komanda hesabında ikinci olub. Gürcüstan isə 124 xalla ilk üçlüyü qapayıb.














