Azərbaycanın FIFA referisi Elçin Məsiyev təyinat alıb. O, oktyabrın 23-ü UEFA Avropa Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) – “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Məsiyevə yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

















