Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 501 klubun yer aldığı siyahıda Azərbaycanın 4 klubu da var.
Son Azərbaycan çempionu “Qarabağ” təmsilçilərimiz arasında ən yaxşı göstəriciyə malikdir. “Köhlən atlar” 171 xalla 82-cidir. Ağdam klubu əvvəlki cədvəllə müqayisədə 14 pillə irəliləyib.
Digər komandalarımıza gəlincə, “Sabah” (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib. “Araz-Naxçıvan” (66.5) 355-dən 391-ə, “Zirə” (65.5) isə 380 pillədən 407-yə düşüb.
Qeyd edək ki, siyahıya 537 xalla UEFA Çempionlar liqasının son qalibi PSJ liderlik edir.















