Dünya çempionatı 2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə üz-üzə gələcək Fransa yığmasının heyətində dəyişiklik edilib. Belə ki, “Paris Sen-Jermen”dən heyətə cəlb edilən Bredli Barkola zədəli olduğu üçün komandadan kənarda qalıb. Onu “Lill”də çıxış edən Florian Toven əvəzləyib. Qeyd edək ki, Fransa millisi oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya ilə üz-üzə gələcək.