Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində D Qrupunda 3-cü tur oyununa çıxıb. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Fransanın qonağı olub. Parisdəki “Park de Prens” stadionunda keçirilən görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Fransa – Azərbaycan – 3:0

Qollar: Kilian Mbappe, 45+2, Adrian Rabyo, 69, Florian Toven, 84

Bu qrupun digər oyununda Urayna İslandiyaya 5-3 qalib gəlib. Hazırda Fransa 9 xalla liderdir. Onları 4 xala malik Ukrayna və 3 xal toplayan İslandiya izləyir. Azərbaycan 1 xalla sonuncu – 4-cüdür. Komadamız növbəti oyununu oktyabrın 13-ü səfərdə Ukraynaya qarşı keçirəcək.