Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq. Seçməmiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.