17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Fransa seçməsi ilə qarşılaşan komandamız 0:8 hesabı ilə uduzub. Qeyd edək ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi yığma oktyabrın 11-də İsrail, 14-də isə Rumıniya yığmaları ilə qarşılaşacaq. Seçmə mərhələnin bütün oyunları Fransada keçirilir.