Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsi 3 görüşlə başa çatacaq. Qəbələ şəhər stadionunda yerli komanda birinci liqanın lideri “Şəfa” ilə qarşılaşacaq. Saat 15:00-da başlayacaq oyunu “CBC Sport”un canlı efirində izləyə bilərsiniz. Görüşü Əli Əliyev idarə edəcək.
Mərhələnin son iki oyunu eyni vaxtda – saat 19-00-da start götürəcək. Mehdİ Hüseynzadə adına şəhər stadionunda keçiriləcək “Difai” – “Sumqayıtla qarşılaşmasınıda Nicat İsmayıllı söz sahibi olacaq. “Liv Bona Dea Arena”da isə “Araz Naxçıvan” “Kəpəz”lə münasibətlərə aydınlıq gətirəcək. “CBC Sport”da canlı yayımlanacaq qarşılaşmanı ədalət təmsilçisi isə Cavid Cəlilovdur.
















