“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Bu, II turun oyunlarının nəticəsinə əsasən müəyyənləşib.

Azərbaycan çempionu ilə yanaşı, Almaniyanın “Bayern Münxen”, İspaniyanın “Real”, Fransanın PSJ, İtaliyanın “İnter” və İngiltərənin “Arsenal” komandasının da altı xalı var.

Qeyd edək ki, II turda Bakıda Danimarkanın “Kopenhagen” kollektivini məğlub edən (2:0) “köhlən atlar” I turda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə üstələyib.