Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda dünya çempionatı 2026-nın qrup mərhələsinin püşkatma mərasimi baş tutub.

Püşkatmaya əsasən 48 milli komandanın mübarizə aparacağı 12 qrupun tərkibi müəyyənləşib:

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, UEFA D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya)

B qrupu: Kanada, İsveçrə, Qətər, UEFA A yolunun qalibi (İtaliya – Şimali İrlandiya / Uels – Bosniya və Herseqovina)

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, UEFA C yolunun qalibi (Türkiyə – Rumıniya / Slovakiya – Kosovo)

E qrupu: Almaniya, Ekvador, Kot D’İvuar, Kürasao

F qrupu: Niderland, Yaponiya, Tunis, UEFA B yolunun qalibi (Ukrayna – İsveç / Polşa – Albaniya)

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, FIFA qitələrarası pley-off 2 (Boliviya – Surinam / İraq)

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, FIFA qitələrarası pley-off 1 (Yeni Kaledoniya – Yamayka / Konqo Demokratik Respublikası)

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.