Gənc və perspektivli hakimlərin inkişafı məqsədilə UEFA-nın həyata keçirdiyi “Center of Refereeing Excellence” (CORE) proqramında Azərbaycandan 4 nümayəndə qatılıb.
Proqram çərçivəsində Ömər Paşayev Gürcüstan və Farer adalarından olan gənc hakimlərin 6 aylıq hazırlıq prosesindən sonrakı imtahanlarında iştirak edib. Gənc hakimlərimiz isə CORE 60 layihəsinə qatılaraq, intensiv hazırlıq prosesindən keçiblər. İmtahanlarda uğurlu keçən hakimlərə UEFA tərəfindən sertifikatlar təqdim olunub.


















