Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışları başlayır. İlk gündə kişilər və qadınlar arasında komanda yarışları keçiriləcək. Yarışların ilk günündə finalçılar müəyyənləşəcək.

Kişilərdə 1/4 finalda Rusiya və Belarus qarşılaşacaq. Bu cütün qalibi yarımfinalda Qazaxıstanla görüşəcək. Digər yarımfinalda isə Azərbaycan və Özbəkistan mübarizə aparacaq. Qadınlarda yarışlar yarımfinaldan start götürürlər. Burada təmsilçilərimiz belaruslu idmançılarla üz-üzə gələcəklər. Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq.