Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avroliqanın final mərhələsində ilk oyununu keçirib. B Liqasının A qrupunda yer alan yığma İtaliyanın Viareccio şəhərində keçirilən matçda Belçika ilə üzləşib və 5:4 hesabı ilə qalib gəlib. Millinin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev isə hərəyə bir qol vurublar. Qeyd edək ki, milli qrupda növbəti oyununu bu gün Litvaya qarşı keçirəcək.