Şahmat üzrə Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli olub.
1/4 final mərhələsinin cavab görüşlərində Şəhriyar Məmmədyarov Əhməd Əhmədzadə ilə heç-heçə edib və iki görüşün nəticəsinə görə 1,5:0,5 qalib gələrək növbəti etapa adlayıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva Səbinə İbrahimovanı, Günay Məmmədzadə isə Ayan Allahverdiyevanı hər iki partiyada məğlub edərək yarımfinala yüksəliblər.
Kişilər arasında Read Səmədov – Rauf Məmmədov, Eltac Səfərli- Məhəmməd Muradlı, Nicat Abasov – Aydın Süleymanlı, qadınlar arasında isə Nərmin Abdinova – Türkan Məmmədyarova və Gülnar Məmmədova – Xanım Balacayeva duellərində də bərabərlik qeydə alınıb.












