Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Yığmamızın hücumçusu Nəriman Axundzadə zədə səbəbindən kollekticin düşərgəsini tərk etməli olub. Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq. Matç “CBC Sport”la canlı yayımlanacaq.