21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası isə 2027-ci ildə Albaniya və Serbiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində birinci matçına çıxıb. Ayxan Abbasovun komandası D qrupunda ilk oyununu səfərdə Portuqaliyaya qarşı keçirib. Gənclərimiz meydandan 5 cavabsız qolla məğlub ayırılıblar. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti görüşünü sentyabrın 9-u Bakıda Bolqarıstan seçməsinə qarşı oynayacaq.


















