Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci ildə Albaniya və serbiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində birinci oyununu keçirəcək. D qrupunda mübarizə aparan seçməmiz səfərdə Portuqaliyanın qonağı olacaq. Görüş saat 22:30-da başlayacaq. Matçı Kostas Fellasın rəhbərlik etdiyi kiprli hakimlər briqadası idarə edəcək.
















