Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.

Cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.

Şəhriyar Məmmədyarov – Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub.

Ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.

Yarışın reytinq favoriti Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, hazırda digər görüşlər davam edir.