21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya – Azərbaycan oyununun hakimləri müəyyənləşib. Görüşü Konstantinos Fellasın başçılıq etdiyi Kiprdən olan hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Pavlos Georgiu və Giorgios Çaralampus kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dmitris Solomu yerinə yetirəcək. Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək Portuqaliya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


















