“Kəpəz” daha bir futbolçunun keçidini həll edib. Ötən mövsümü Gəncə klubunda keçirən və yayda kollektivdən ayrılan Dieqo Verdaska yenidən “sarı-göylər”in uğurları üçün çalışacaq. 28 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, futbolçu “Kəpəz”in heyətində 30 oyunda meydana çıxıb.

















