Futzal üzrə UEFA Çempionlar Liqası start götürüb. Turnirin ilkin mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” F qrupu çərçivəsində ilk oyununu keçirib. Azərbaycan təmsilçisi Avstriyada baş tutan matçda Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə qarşılaşıb. Görüş naxçıvanlıların 9:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, F qrupunun bütün görüşləri Avstriyada oynanılacaq. Reqlamentə əsasən, yalnız birinci yeri tutan komanda əsas mərhələyə yüksələcək. “Araz-Naxçıvan” bu gün Şotlandiyanın “PYF Saltayrs”, avqustun 30-da isə yerli “Luti Kraişniçi” klubu ilə üz-üzə gələcək.