Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. O, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək Qazaxıstan – Uels görüşündə UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, qarşılaşma Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq və saat 18:00-da start götürəcək.