İtaliyanın Viareco şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışı keçəcək. Komandanın hazırlıq prosesi sentyabrın 1-dən 7-dək Alanya şəhərində olacaq. Qeyd edək ki, millimiz B Liqasının A qrupunda Belçika və Litva seçmələri ilə üzlşəcək. Final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarətdir. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüşlər keçiriləcək.

















