“Zəfər yolu” sosial layihəsi çərçivəsində futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Füzuli və Şuşa şəhərlərinə səfər ediblər. Səfər zamanı yığma komanda Füzuli şəhər sakinləri və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüblər. Tanışlıq zamanı qadın futbolçular ilə şagirdlər arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib. Kollektiv daha sonra, Şuşa qalasını və Cıdır düzünü ziyarət edib. Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasıdır.


















