“Formula-1” üzrə dünya çempionatının 2025-ci il mövsümü başa çatıb.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən sonuncu qran-prinin qalibi “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen olub. İkinci və üçüncü yeri isə “Maklaren”in sürücüləri Oskar Piastri və Lando Norris tutub.
Yekun turnir cədvəlində 423 xal toplayan və bütün rəqiblərini qabaqlayan Lando Norris dünya çempionu adını qazanıb. O, bu mövsüm yeddi yarışı birinci bitirməyi bacarıb. Karyerasında ilk dəfə bu titula yiyələnən böyük britaniyalı pilot, ən yaxın izləyicisi Ferstappeni 2 xal qabaqlayıb. Oskar Piastri isə 410 xalla üçüncü olub.
833 xal toplayan “Maklaren” komandası isə Mühəndislər Kubokunu qazanıb.












