Misli Premyer liqasının 2025/2026 mövsümünün 1-ci turu çərçivəsində keçiriləcək “Sabah” – “Qarabağ” oyunu təxirə salınıb. Bu Ağdam klubunun UEFA Çempionlar liqasında mübarizəni davam etdirməsi ilə bağlıdır. Komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən matç başqa vaxta təyin ediləcək. Görüşün yeni tarixi açıqlanmayıb. Qeyd edək ki, bu qarşılaşma avqustun 17-i saat 18:30-da baş tutmalı idi.

















