Yeni mövsümə hazırlığını davam etdirən “Karvan-Yevlax” heyətini daha bir oyunçu ilə gücləndirib. Bölgə təmsilçisi portuqaliyalı qapıçı Pedro Mateusu transfer edib. Futbolçu ilə 1 illik müqavilə imzalayıb. San-Tome və Prinsipi millisinin üzvü olan 28 yaşlı qolkiper son olaraq Portuqaliyanın “Feyrense” klubunun formasını geyinib. Mateus həm də millisinin üzvüdür. Qeyd edək ki, “Karvan-Yevlax” buna kimi Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Silva, Kayl Spens, Qavi Tompson, Olavale Doen, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Dürrant, Vüsal Məsimov, Moyze Ngvisani, Şakill Sno, Uğur Cahangirov, Vitor Roxa, Səid İranxan və Coy Slayd Mikelsi kollekticə cəlb edib.
















