Tarixində ilk dəfə Misli Premyer liqasında çıxış edəcək “İmişli” heyətini daha bir futbolçu ilə gücləndirib. Aran təmsilçisi qanalı Yau Mozesi heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Mozesin son klubu Portuqaliya ikinci liqa təmsilçisi “Torrense” olub. O, həmçinin bu ölkənin “Aroka” və Qananın “Çavis Stars” komandalarının formasını geyinib. Qeyd edək ki, “İmişli” bunadək baş məşqçi Xorxe Kaskilya, futbolçulardan isə Ronaldo Rodriqez de Souza, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Rafael Vieqas, Hüseynəli Quliyev, Ezekiel Morqan, Nikola Karaklayiç və Luiz Fernando Silvestrlə anlaşıb.