DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-nin paytaxtı Vaşinqtonda olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf səfər zamanı Pakistan Futbol Federasiyasının prezidenti Mohsen Gilani ilə görüşüb.

Görüş zamanı AFFA və PFF arasında futbol sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Sənədin imzalanmasında məqsəd iki ölkənin milli assosiasiyaları arasında tərəfdaşlığın möhkəmləndirilməsi, futbolun inkişafı və beynəlxalq əlaqələrin daha da gücləndirilməsidir.