Yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinə yekun vurulub.

Altı gün davam edən , 8 ölkədən 185 idmançının qatıldığı yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsində qaliblər müəyyənləşib. Azərbaycanın təmsilçiləri turniri 11-i qızıl, 12-si gümüş və 22-si bürünc olmaqla 45 medalla başa vurublar.

Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət komandanın heyətində Aydın Şahbazov (44 kq), Həsrət Məmmədov (46 kq), Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Məhəmmədəli İstamov (57 kq), Vəkil Qurbanov (63 kq), Yusif Ağakişiyev (75 kq) və Şükar Əliyev (80 kq) çempion adını qazanıb.

İlkin Ağayevin rəhbərlik etdiyi 17 yaşadək qızlardan ibarət kollektivin heyətində isə Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) birinci olublar.

Yekunda millimiz komanda hesabında birinci yeri tutub və Heydər Əliyev Kubokuna sahib olub. Gürcüstan ikinci, Qazaxıstan isə üçüncü yeri tutub. Turnirdə ən yaxşı boksçu adına Aliimran Aliyev (Qazaxıstan) layiq görülüb. İlqar Qasımzadə (Azərbaycan) isə ən yaxşı hakim seçilib.