Filippinin paytaxtı Manila şəhərində 3×3 basketbol üzrə qadınların Dünya Seriyasına start verilib.
Azərbaycanı turnirdə təmsil edən “Neftçi” kollektivi yarışa uğurlu start verib. Dina Ulyanova, Aleksandra Mollenhauer, Aoi Katsura və Brianna Freyzerdən ibarət kollektiv Bi qrupuda keçirdiyi oyunlarda Polşanı 22:14, Çini isə 19:17 məğlub edib və 1/4 finala yüksəlib.
“Neftçi” bu etapda sabah Monqolustanla qarşılaşacaq.














