Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

İlk oyunda 1-3 hesabı ilə uduzan “Şaxtyor” İngiltərədə “Kristal Pelas”la üz-üzə gələcək. Görüşün idarəsi  ispaniyalı Alexandro Ernandesə tapşırılıb.

Digər yarımfinal matçında isə “Strasbur” “Rayo Valyekano”nu qonaq edəcək. Madriddə baş tutan ilk duel İspaniya təmsilçisinin 1-0 hesablı qələbəsi ilə bitməsi cavab görüşündə intriqanı saxlayır. Oyunun baş hakimi slovakiyalı İvan Krujlyaka tapşırılıb. Hər iki matç saat 23:00-da start götürəcək.