Bakıda boks üzrə “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirdə yeniyetmə qız idmançıların mübarizəsinə yekun vurulub.

Azərbaycan millisi yarışı 3-ü qızıl, 4-ü gümüş və 10-u bürünc olmaqla 17 medalla başa vurub. İlkin Ağayevin baş məşqçisi olduğu U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) qalib adını qazanıblar.

Yekunda seçməmiz komanda hesabında 1-ci yeri tutub.