Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir. Mundialın növbəti yarış günündə qadın güləşçilər arasında növbəti medalçılar bəlli olub. 62 kq-da yarışan təmsilçimiz Ruzanna Məmmədova finala kimi uğurla irəliləyib və həlledici dueldə çinli idmançı Yanqjen Yanqjenlə ilə qarşılaşıb. Təmsilçimiz sonuncu xal prinsipinə əsasən məğlub olaraq, gümüş medalla kifayətlənib. Qeyd edək ki, buna kimi qadın yığmamızın heyətində 59 kq-da Günay Qurbanova bürünc medal qazanıb.














