Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü matçı keçiriləcək.

Bakı İdman Sarayında təşkil edilən matçda “Sabah” “Abçeron Lions”u qəbul edəcək. Ümumi hesabda 2:0 hesabı ilə irəlidə olan “bayquşlar” qələbə qazanacağı təqdirdə ardıcıl dördüncü dəfə ölkə çempionluğunu rəsmiləşdirəcək.

Xatırladaq ki, “Sabah” ilk iki oyunu müvafiq olaraq 98:93 və 112:84 üstün xeyrinə bitirib.