İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

Son zamanar uğursuz çıxış edən “Çelsi” “Stemford Bric”də çempionatda qalmaq uğrunda yarışan “Nottinqem Forest”i qəbul edib. Liam Roseniorun gedişindən sonra müvəqqəti baş məşqçi Kalum Makfarleynin çalışdırdığı “göylər” oyunu 1:3 hesabı ilə uduzub və liqada ardıcıl altıncı məğlubiyyətini alıb.

Hazırda 48 xalı olan “Çelsi” 9-cudur. 42 xallı “Nottinqem Forest” isə 16-cı yerdə qərarlaşıb.