Yeni mövsümə hazırlaşan “Neftçi” basketbol klubu heyətini gücləndirməyə davam edir. Bakı klubu xorvatiyalı Toni Perkoviçin keçidini rəsmiləşdirib. 27 yaşlı hücumameyili müdafiəçi son olaraq İtaliyanın “Forli” klubunda çıxış edib. O, həm də Xorvatiya milli komandasının da üzvüdür. Qeyd edək ki, “Neftçi” bu mövsüm FIBA Avropa kubokunun əsas mərhələsində mübarizə aparacaq.














