Misli Premyer Liqasının XXI turundan təxirə salınan “Neftçi” – “Qarabağ” matçının təyinatları məlum olub.
Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Rəhman İmami və Müslüm Əliyev kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. VAR-da Elçin Məsiyev, AVAR-da Elşad Abdullayev əyləşəcək.
Xatırladaq ki, “Neftçi” – “Qarabağ” oyunu aprelin 30-da “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək.

















