Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir. Növbəti yarış günündə 2 qadın güləşçimiz mübarizə aparıb. 59 kq çəki dərəcəsində Günay Qurbanova bürünc medal uğrunda görüşə çıxıb. Onun rəqibi kanadalı Ella Findinq olub. 4:1 hesabı ilə qalib gələn idmançımız turniri 3-cü kimi başa vurub. 62 kq-da isə Ruzanna Məmmədova qazaxıstanlı Aydana Şorayevanı, özbəkistanlı Nigina Sabirovanı və türkiyəli Büşra Efeni mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. O, finalda Çin təmsilçisi Yançjen Yançjen ilə qarşılaşacaq. Qeyd edək ki, buna kimi sərbəst güləşçilərimiz Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) bürünc medal qazanıblar.














