Azərbaycan Basketbol Liqasında ikinci finalçı məlum olub.
Yarımfinal qarşılaşmasında “Abşeron Lions” “Neftçi”nin qonağı olub. İlk qarşılaşmada 95:89 güclü olan “şirlər” bu dəfə 90:81 hesablı qalibiyyət əldə edib və finala yüksəlib.
Beləliklə, 2025/2026 mövsümünün finalında “Abşeron Lions” və “Sabah” kollektivləri üzləşəcək. Tərəflərin ilk dueli aprelin 29-unda keçiriləcək.














