Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya Kubokunda yarımfinal mərhələsi başlayıb.
Azərbaycan təmsilçilərindən 50 kq-da Sübhan Mamedov Anvarjan Xodjiyevlə (Qırğızıstan) 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. Onun finaldakı rəqibi İssam Bensayar (Mərakeş) olacaq.
75 kq-da Səidcəmşid Cəfərov yarımfinalda Qabriel Quidi Rontaniyə (İtaliya) şans tanımayıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Cəfərov qızıl medal uğrunda dueldə Tauan Silva (Braziliya) ilə qarşılaşacaq.
90 kq-dan artıq çəkidə Məhəmməd Abdullayev Omar Şinaya (Norveç) 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə Davit Çaloyanla (Ermənistan) üz-üzə gələcək.
70 kq-da Nəbi İsgəndərov isə yarımfinalda Kaian Reisi (Braziliya) uduzub və bürünc medala sahib olub.
Qeyd edək ki, Dünya Kubokuna bu gün yekun vurulacaq.














