Albaniyanın paytaxtı Tiranada təşkil edilən güləş üzrə Avropa çempionatı davam edir.

Altıncı yarış günəndə Azərbaycanın üç sərbəst güləşçisi medal görüşlərini keçiriblər. Onlardan 57 kq-da mübarizə aparan İslam Bazarqanov finalda Musa Mehdixanovu (UWW) 8:6 məğlub edərək qitə çempionu ünvanına yiyələnib.

79 kq-da Cəbrayıl Hacıyev bürünc medal uğrunda qarşılaşmada Cənubi Makedoniyanı təmsil edən Rəsul Şəpiyevi məğlub edib və üçüncü olub.

65 kq-da Rəşid Babazadə isə bürünc mükafat duelində ermənistanlı Vazqen Tevanyana uduzub və fəxri kürsüyə qalxa bilməyib.