Albaniyanın paytaxtı Tiranada təşkil edilən güləş üzrə Avropa çempionatında qadınların mübarizəsinə yekun vurulub.
Bu gün üç qadın güləşçimiz bürüncmedal uğrunda görüşlərini keçiriblər. 57 kq-da yarışan Jalə Əliyeva Arina Martınovaya qalib gələrək üçüncü olub.
62 kq-da Ruzanna Məmmədova almaniyalı Naemi Leystnerə, 65-də Birgül Soltanova Türkiyədən Beyza Akksuya uduzub.
Qeyd edək ki, Jalə Əliyeva ilə yanaşı, 59 kq-da Günay Qurbanova fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Beləliklə, 2 bürünc mükafat qazanan Azərbaycanın qadın güləş millisi ümümi medal sıralamasında 6-cı olub.














