Bizon Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Püşkatmaya əsasən “Sabah” nominal meydan sahibi olub.
Qeyd edək ki, turnirin final matçı mayın 13-ü “Palms Sports Arena”da keçiriləcək. Saat 20:00-da start götürəcək matç “CBC Sport”la canlı yayımlanacaq.

















