Albaniyanın paytaxtı Tiranada təşkil edilən güləş üzrə Avropa çempionatı davam edir.

Beşinci yarış günəndə Azərbaycanın beş sərbəst güləşçisi xalçaya çıxacaq. Belə ki, İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) güclərini sınayacaqlar.

Həmçinin, Azərbaycanın qadın güləşçilərindən Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) bürünc medal uğrunda görüşlərini keçirəcəklər.