Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

O, üçüncü yer uğrunda görüşdë Marta Getmanovaya (UWW) 7:5 hesabı ilə qalib gəlib.

Digər qadın güləşçilərimizdən 57 kq-da Jalə Əliyeva, 62-də Ruzanna Məmmədova və 65-də Birgül Soltanova sabah bürünc medal uğrunda qarşılaşmalarına çıxacaqlar.